"Yeganə çıxış yolumuz Priştinada qalib gəlməkdi" Araz Adbullayev

"Bəli, qalib gəldik. Oyunda daha çox topa biz nəzarət etdik. Çlaışırdıq ki, hesabı qoruyaq və bir qədər az yorulaq. Nəzərə alaq ki, bir neçə gün sonra Kosovo ilə ağır oyunumuz olacaq. Priştinada finala bərabər matç keçiriləcək".
 
Newsport.az xəbər verir ki, bu sözləri milli komandamızın futbolçusu Araz Abdullayev Millətlər Liqasının 5-ci turunda Bakıda Farer adalarını 2:0 hesabı ilə məğlub etdikləri oyundan sonra jurnalistlərə açıqlamasında deyib. Abdullayev daha sonra sualları cavablandırıb.
 
- Ayaqlarınız meydanda olsa da, başınız deyəsən, Maltada qalmışdı.
- Kosovo Maltanı məğlub elədi. Bir çıxış yolumuz qalıb ki, Priştinada Kosovonu məğlub edək. Komanda şəklində bu oyunun altından çıxmalıyıq.
 
- Kosovonun 5:0 hesablı qələbəsi sizdə çaşqınlıq yaradıb?
- Biz də qalib gəlmişik. Artıq bir oyun qalıb. İstəyirik ki, həmin oyuna motivasiya olaq. 3 gün vaxtımız var, yaxşı hazırlaşmaq lazımdı.
 
- Zədən nə yerdədi?
- Hər şey yaxşıdı. Həkimlər baxacaq və növbəti oyuna hazır olacam.
 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right