Vüqar Məmməd: "Bizim üçün finala bərabər qarşılaşma olacaq"

19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində bu gün Gürcüstan yığmasını 2:1 hesabı ilə məğlub edən Azərbaycan milli komandasının baş məşqçisi Vüqar Məmməd oyunla bağlı fikirlərini bildirib.

Newsport.az-ın məlumatına görə, gənc mütəxəssis qələbə barədə bunları deyib: “Qələbə qazandığımız üçün futbolçularımı təbrik edirəm. Ağır qarşılaşma oldu. Rəqibimiz güclü futbolçulardan təşkil olunmuş komandadı. Çox istəkli idik. Futbolçularım xarakter göstərdilər. Taktiki planda etdiyimiz dəyişikliklər bəhrəsini verdi. Qələbəyə baxmayaraq, çalışmalarımızı davam etdirməliyik. Futbolçularıma inanıram. Hələ heç nə dəqiqləşməyib və buna görə də qrupdakı son oyunumuza ciddi hazırlaşacağıq. Nəticə baxımından bizim üçün finala bərabər qarşılaşma olacaq”.

Qeyd edək ki, millimiz qrupda son oyununu Lixtenşteynlə keçirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right