19 yaşadək futbolçulardan ibarət millimiz Avropa çempionatının ilkin seçmə mərhələsində bu gün ikinci oyununu keçirib.
Newsport.az-ın məlumatına görə, Vüqar Məmmədin başçılıq etdiyi komandamız Gürcüstanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşıb. Tbilisi şəhərindəki Mixail Mesxi adına stadiondakı matç yığmamızın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, qrupdakı ilk oyununda İsrailə 1:4 hesabı ilə uduzan yığmamız bu qələbə ilə 2-ci pilləyə yüksəlib.
Avropa çempionatının seçmə mərhələsi
1-ci qrup, 2-ci tur
17 noyabr
17:00. Gürcüstan - Azərbaycan - 1:2
Qol: Xarabadze, 45+1 (1:0), Tural Bayramov, 67 (1:1), Zahid Mərdanov, 70 (1:2)
Hakimlər: Donatas Rumşas, Aleksandr Radius (hər ikisi Litva), Karel De Rocker, Erik Lambrexts (hər ikisi Belçika)
1.
|
İsrail
|
2
|
2
|
0
|
0
|
6:2
|
6
|
2.
|
Azərbaycan
|
2
|
1
|
0
|
1
|
3:5
|
3
|
3.
|
Gürcüstan
|
2
|
1
|
0
|
1
|
8:2
|
3
|
4.
|
Lixtenşteyn
|
2
|
0
|
0
|
2
|
1:9
|
0
|