"CBC Sport" telekanalında Əminə Kazımovanın təqdimatında efirə gedən "İmza" verilişinin budəfəki qonağı Azərbaycanın sərbəst güləş üzrə ilk dünya çempionu, "Neftçi" klubunun birinci prezidenti Aydın İbrahimov olub.
Newsport.az-ın məlumatına görə, 90-cı illərdə "Neftçi"nin AFFA ilə yaşadığı böyük qalmaqaldan da söz açan İbrahimov bir çox maraqlı və qaranlıq məqamlara aydınlıq gətirib.