Deviç Şevçenkodan dəvət gözləyir: "Millidə çıxış etməyi indiyədək istəyirəm"

"Sabah"ın ukraynalı futbolçusu Marko Deviç yenidən milli komandada çıxış etmək istəyir.

Newsport.az xəbər verir ki, 35 yaşlı hücumçu indiyədək Ukrayna yığmasından, baş məşqçi Andrey Şevçenkodan dəvət gözlədiyini bildirib: "Bütün futbolçu karyeram Ukraynada oldu. Burda həm futbolçu oldum, həm də insan. Buna görə də elə burda məşqçi kursu keçirəm. Milliyə dəvəti həmişə gözləyirəm. Hələ oynayıram, hələ qol vururam, ancaq bilirəm ki, indi gənc futbolçulara tendensiya gedir. Hansıları ki növbəti Avropa çempionatına hazırlayırlar"

Ukraynada UEFA-nın A kateqoriyalı məşçqi kurslarını keçən Deviç bu diploma artıq sahib çıxıb.

Qeyd edək ki, bu mövsüm karyerasını ölkəmizdə davam etdirən Marko 5 qolla Topaz Premyer Liqasının bomabrdirlərindən biridi. O, millidə 35 matçda 7 qol vurub. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right