U-17 Liqası: Mərkəzi oyun «Şəfa»da

Noyabrın 17-18-də U-17 Liqasında 8-ci turun oyunları keçiriləcək. 5 oyun bu günə təyin olunub. 

Newsport.az-ın məlumatına görə, turun mərkəzi matçı isə sabah baş tutacaq. Liderlə onu addım-addım izləyən «Neftçi» «ASK Arena»da münasibətlərə aydınlıq gətirəcəklər. 8-ci turun təqvimi aşağıdakı kimidir:

U-17 Liqası, 8-ci tur
17 noyabr (şənbə)

14:00 «Qarabağ» - «Sumqayıt» (Binə qəsəbə stadionu)
14:00 «Tufan» - «Qəbələ» («Bakı Baza»)
14:00 «Xəzər Lənkəran» - «Zirə» («Xəzər Lənkəran» Mərkəzi Stadionu)
15:00 «Neftçi» İK İB – «Sabah» (Lökbatan OİK-nin meydanı)
16:00 «Səbail» - «Mil-Muğan» («Bayıl Arena»)

18 noyabr (bazar)

13:00 «Keşlə» - «Neftçi» («ASK Arena», 4-cü meydan)

Cəza səsəbindən turu buraxacaq futbolçular: Nəcməddin Şirinli, Fərid Muxtarov (hər ikisi «Keşlə»), Fərid Yusifli («Neftçi»), Mirvahid Mustafazadə («Neftçi» İK İB).

«Het-trik news» qəzeti

 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right