U-16 Liqası: 8-ci tur başa çatdı

Dünən U-16 Liqasında 8-ci turun son oyunu keçirildi. Autsayder «ROİL» «Neftçi» İK İB-ni qonaq etdi. Gözləndiyi kimi oyun qonaqların qələbəsi ilə başa çatdı. «Neftçi» İK İB-nin qələbəni 2 topla qazanması isə bir qədər gözlənilməz oldu.

Qələbə sayəsində Ramin Babayevin komandası 3 pillə irəliləyərək turnir cədvəlində 6-ci yerdə qərarlaşdı. ROİL isə ənənəsinə sadiq qalaraq sonuncu yerdədir.

U-16 Liqası, 8-ci tur

ROİL – «Neftçi» İK İB 0:2
Qollar: 
Elnur İsmayılov, 2; Anar Zamanov, 64

8-ci turda qeydə alınan digər nəticələri bir daha xatırladaq: «Zirə» - «Səbail» 0:0, «Keşlə» - «Qarabağ» 1:0, «Qəbələ» - «Sabah» 1:0, Gəncə TİM – «Viləş» 1:0, «Neftçi» - İsgəndər Cavadov BFA 8:1, «Sumqayıt» - «Turan Tovuz» 4:1.

Bombardir: Mehrac Baxşəliyev («Qəbələ»), Rauf Ağasənov («Səbail») – 10 qol.

U-16 Liqasında növbəti turun oyunları noyabrın 22-də keçiriləcək. Qeyd edək ki, təqvimə əsasən 9-cu tur noyabrın 29-a təyin olunmuşdu. Bu da U-16 millimizin mümkün təlim-məşq toplanışının olması ilə bağlı idi. Toplanış olmadıbı üçün təqvim 1 həvtə irəli «sürüşdürüldü»: «Turan Tovuz» - «Keşlə», «Səbail» - «Sumqayıt», «Sabah» - «Zirə», «Neftçi» İK İB – «Qəbələ», İsgəndər Cavadov BFA – ROİL, «Viləş» - «Neftçi», «Qarabağ» - Gəncə TİM.

«Het-trik news»





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right