"Qəbələ" yoxlama oyunu keçirəcək

“Qəbələ” milli komandaların oyunları ilə əlaqədar Azərbaycan Premyer Liqasında yaranan fasilə dövründə hazırlığını davam etdirir.

Newsport.az-ın məlumatına görə, 11-ci turun noyabrın 11-də keçirilən oyunundan sonra 3 günlük istirahətə buraxılan komanda dünən Qəbələdə bir araya gəlib. “Qırmızı-qaralar” hazırlığı milli komandaların düşərgələrində olan futbolçularsız gerçəkləşdirir.

Bu gün keçirilən məşq prosesi fiziki hazırlıqla başlayıb. Ardınca futbolçular meydanda toplu və topsuz çalışmalar yerinə yetiriblər.

Sənan Qurbanovun baş məşqçisi olduğu komanda noyabrın 20-dək məşqlərini Qəbələ şəhər stadionunda reallaşdıracaq. Həmin gün Bakıya yola düşəcək komanda 12-ci turun hazırlığına paytaxtda yekun vuracaq.

Noyabrın 19-da isə “Qəbələ” yoxlama oyunu keçirəcək. “Qırmızı-qaralar” UEFA Gənclər Liqasında mübarizə aparan U-19 komandası ilə matçda qüvvəsini sınayacaq.

Xatırladaq ki, “Qəbələ” 12-ci turun noyabrın 24-də keçiriləcək oyununda “Keşlə”nin qonağı olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right