Rüfət Dadaşov: "Heç vaxt qol vuracağımla bağlı söz vermirəm"

"Oyunla bağlı çox danışmaq lazım deyil. Nə qədər vacib olduğunu bilirik. Əlimizdən gələni edəcəyik ki, həm yaxşı oyun göstərək, həm də nəticə ürəyimizcə olsun".

Newsport.az-ın məlumatına görə, bu sözləri Millətlər Liqasının qrup mərhələsində Farer adaları ilə oyundan öncə millimizin hücumçusu Rüfət Dadaşov deyib. 28 yaşlı forvard rəqibin standart vəziyyətlərdə güclü olmalarından çəkinmədiklərini dildirib: "Bütün diqqətimiz öz oyunumuzdadı. Bizdə də standart vəziyyətdən yaxşı yararlanan oyunçular var, başla oynaya bilirik. Rəqibin başla oynamaq gücündən çəkinmirik. Bundan çəkinmirik və hazırıq".

Dadaşov heç kəsə qol vuracağı ilə bağlı söz vermədiyini deyib: "Heç vaxt qol vuracağımla bağlı söz vermirəm. Qol vurmaq mənim işimdi. Amma sabah kimin qol vurmağı vacib deyil. Əsas odu ki, qələbə qazanaq və Kosovo ilə matça daha yaxşı motivasiya ilə çıxaq".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right