"Biz də iddialıyıq " - Qurban Qurbanov

UEFA Millətlər Liqasının qrup mərhələsinin V turunda sabah Farer adalarını qəbul edəcək Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanov oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Newsport.az-ın məlumatına görə, təcrübəli mütəxəssis öncə oyunla bağlı danışıb:

- Çox danışmağa ehtiyac yoxdu. Hər şey məlumdu. Bacardığımız qədər komandanı hazırlamışıq. Sabahkı oyunu gözləyirik. Çalışacağıq ki, uğurlu nəticə qazanaq.

- Pavel Paşayevin durumu necədi?
- Hər şey qaydasındadı.

- Rəqibin baş məşqçisi və kapitanı çox iddialı danışırdı. Hər hansı sürpriz hazırlamaları mümkündü. Bunlara hazırsızmı?
- Əlbəttə ki, rəqibi tam yaxından tanımışıq. Onlara qarşı bir oyunumuz olub. Mütləqdi ki, hər bir komanda iddialı danışacaq. Çünki şanslar var. Biz də iddialıyıq. Düşünürəm ki, hər bir futbolçu əlindən gələni edəcək və sürprizlərə hazır olacaq. Oyunun gedişatında da rotasiyalar ola bilər. Ən yaxşı oyunumuzu göstərməyə çalışacağıq.

- Ötən oyunlarla müqayisədə yeni oyunçular var komandada. Start heyətində dəyişiklik gözləmək olarmı?
- Yeni oyunçular var. Amma indi fikir bildirə bilməyəcəm. Sabah oyundan əvvəl heyət bilinəcək.

- Son dönəmlərdə komanda səfərdə daha yaxşı oynayır. Bu, nə ilə əlaqəlidi?
- Əlaqələndirmək istəməzdim. Bu, futbolçular üçün elə də pis hal deyil. Amma komandalar ev oyunlarıda daha yaxş çıxış edirlər və çox xal toplayırlar. Kiçik turnirdi. Biz Bakıda da yaxşı nəticə əldə edə bilərik. Bəzən səfərdə oyun qurmaqla evdə hazırlaşmaq arasında istər-istəməz fərq olur. Öz meydanında oynayan daha aktiv oynamaq istəyir və bundan düzgün istifadə etmək olur. Öz meydanımızda isə rəqiblər müdafiədə daha diqqətli oynamağa çalışır. Hər bir halda biz bunu düşünmək durumunda deyilik. Bütün oyunlara qələbə istəyi ilə hazırlaşırıq. İnanıram ki, sabah ən yaxşı oyunlarmızdan birini göstərəcəyik.

- Hücum siyahısında 5 oyunçu var. Son iki matçda 2 hücumçu ilə oynamağınız mümkündümü?
- 2 hücumçu dedikdə, mənim həmişə futbolçulardan həmişə tələbim odu ki, hücumda sayımız çox olsun. Bu o demək deyil ki, mütləq 2 hücumçu ilə çıxış edək. Ön xətdə olan oyunçulara həmişə hücumçu gözü ilə baxıram. Oyunun gedişinə görə, bəzən 2, bəzən 3 hücumçu meydana buraxırıq. Bizim hədəfimiz oyun üslubumuzu daha da yaxşılaşdırmaqdı. Lazım olsa, yenə dəyişikliklərə əl atacağıq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right