UEFA-dan klublarımıza yarım milyon

UEFA 2016/2017 mövsümündə Azərbaycan Premyer Liqasında çıxış edən 8 klubdan 7-nə vəsait ayırıb. 
 
Newsport.az xəbər verir ki, ödəniş Avropa futbol qurumunun "Həmrəylik ödəmələri və uşaq futbolunun inkişafı” proqramı çərçivəsində həyata keçirilib. Sözügedən mövsümdə Azərbaycan Premyer Liqasında çıxış etmiş, lakin Çempionlar Liqası və Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmamış klubların hər birinə 507 579,57 avro ödənilib. Bunlar "Zirə", "Keşlə", "Sumqayıt", "Səbail", "Neftçi", "Kəpəz" və "Qəbələ"dir. "Qarabağ" 2016-2017 mövsümünün yekununda Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandığı üçün bu vəsaiti əldə etməyib. 
 
Qeyd edək ki, UEFA-dan ayrılan maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə klubların hesabına köçürülüb. 
 
 
  UŞAQ FUTBOLU İLƏ BAĞLI AYRILMIŞ VƏSAİT
Zirə
507 579.57 avro
Keşlə
507 579.57 avro
Sumqayıt
507 579.57 avro
Səbail
507 579.57 avro
Neftçi
507 579.57 avro
Kəpəz
507 579.57 avro
Qəbələ
507 579.57 avro
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right