Əliyar Ağayev Millətlər Liqasının oyununda

FİFA referisi Əliyar Ağayev UEFA-dan növbəti təyinat alıb.
 
Newsport.az xəbər verir ki, o, Millətlər Liqasının 5-ci turunda keçiriləcək Danimarka – İrlandiya qarşılaşmasının baş hakimi olacaq.
 
Ağayevə Zeynal Zeynalov və Rza Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Mübariz Haşımov yerinə yetirəcək. Əlavə köməkçi hakimlər isə Rəhim Həsənov və Orxan Məmmədov olacaq.
 
Qeyd edək ki, Danimarka – İrlandiya matçı noyabrın 19-da Orxus şəhərindəki Ceres Park stadionunda keçiriləcək.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right