Valeri Qazzayev Qurban Qurbanov haqda danışdı: "Azərbaycan futbolu üçün böyük işlər gördü"

«Qurban Qurbanovun vaxtilə Rusiya klublarında çıxış etməsindən xəbərdaram. Amma onun orda necə oynamasını deyə bilmərəm, çünki canlı görməmişəm».

Newsport.az-ın məlumatına görə, bu sözləri Sportinfo.az-a açıqlamasında Rusiya yığmasının sabiq baş məşqçisi Valeri Qazayev deyib.

Hazırda Rusiya Dövlət Dumasının deputatı olan məşhur mütəxəssis «Qarabağ»ı və millimizi çalışdıran gənc həmkarı haqda müsbət fikirlər söyləyib:

«Qurban Qurbanovu bir məşqçi kimi yaxışı tanıyıram. Ona, sadəcə, «afərin» deyirəm. «Qarabağ»ı Çempionlar Liqası kimi nəinki Avropanın, bütün dünyanın gözü olan yarışın qrup mərhələsinə çıxarması onun necə bir səviyyəli məşqçi olmasını göstərir. Bununla, Azərbaycan futbolu üçün böyük işlər gördü. İndi çox yerdə ondan danışırlar. Elə Rusiyanın özündə də. Qurban sübut etdi ki, Azərbaycanda futbol var və bu, daha da yaxşı səviyyəyə çata bilər. Onun «Qarabağ»a oynatdığı futbol çox xoşuma gəlir. Çempionlar Liqasında, eləcə də Avroliqada bir neçə oyunlarını izləmişəm. Maraqlı və səliqəli komandadı. «Qarabağ»ın dəsti-xətti o dəqiqə seçilir. Mən dəfələrlə izlədim və heç birində peşman olmadım. Çünki Qurban Qurbanov «Qarabağ»ın oyun modelini müəyyənləşdirib».





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right