Rəşad Sadıqov: "Hücumda istədiyimizi edə bilmədik"

 

 

 

“Komandanın oyunundan razı qaldım. Topa nəzarət etməyə çalışdıq, amma hücumda istədiyimizi edə bilmədik”.

Newsport.az-ın məlumatına görə, bu sözləri U-21 millimizin baş məşqçisi Rəşad Sadıqov Ukrayna ilə Bakıda keçirilən yoxlama oyunundan sonra AFFA-nın saytına açıqlamasında deyib. Gənc çalışdırıcı 0:1 hesablıı məğlubiyyəti belə şərh edib:

“Oyunun 60-cı dəqiqəsindən sonra meydanda açıq futbol izlədik. Futbolçumuz zədələndiyi və azlıqda qaldığımız zaman diqqətli olmalıydıq. Təəssüf ki, həmin anda qol buraxdıq. Meydanda taktiki mübarizənin getdiyini qeyd edə bilərəm. Bu gün 5 müdafiəçi ilə oynamağımız rəqibə uyğun seçim idi. Ancaq bir neçə taktiki sxem üzərində məşqlər edirik”.









Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right