"Nazarovun son zərbələrdə bəxti gətirmir": Baş məşqçi

Almaniyanın II Bundesliqa təmsilçisi "Aue"nin baş məşqçisi Daniel Meyer komandanın üzvü və millimizin yarımmüdafiəçisi Dimitri Nazarovla bağlı danışıb.

Newsport.az xəbər verir ki, mütəxəssis Nazarovun bəxtinin gətirmədiyini deyib: "Nazarovun son zərbələrində bəxti gətirmir. O, son həftələrdə yaxşı məşq edir. Ümid edirəm ki, Dima Azərbaycan millisinin heyətində özünəinamı bərpa edəcək".

Qeyd edək ki, 28 yaşlı futbolçu daha öncə açıqlamasında meydanda az olduğu üçün şikayətlənmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right