“Bakıda eyni səhvləri təkarlamaq olmaz”

Farer adaları yığmasının yarımmüdafiəçisi Solvi Vanhamar Millətlər Liqasının qrup mərhələsində yığmamıza qarşı Bakı Olimpiya Stadionunda keçiriləcək oyunla bağlı fikirlərini bölüşüb.

Newsport.az xəbər verir ki, sonuncu dəfə avqustda adalıların yığmasına dəvət alan futbolçu sevincini gizlətməyib:

“Çox sevinirəm ki, zədəm araxda qalıb. Komanda yoldaşlarımla yenidən çiyin-çiyinə dayanmaq olduqca xoş duyğudu. 10 il əvvəl Azərbaycanın gənclər yığmasına qarşı oynamaq mənə nəsib olmuşdu (həmin oyun 2:2 nəticələnmişdi – red.). Əlbəttə, o dövrlərdən bəri Bakı çox dəyişib”.

Vanhamar yığmalarının pley-off şanslarının qaldığını düşündüyünü bildirib: “İlk növbədə onu qeyd edim ki, Azərbaycanla yaxşı oynaya bilərik. Bu, dəqiqdi. İkincisi, qrupdan çıxmaq üçün hələ də şanslarımız var. Nə qədər ki, belə şanslarımız qalır, bundan maksimum istifadə etməyə çalışmalıyıq. Doğrudu, hətta hər iki görüşdə qalib gəlsək belə, bu, bizə qrupdan çıxmaq üçün yetməyə bilər. Ancaq əsas özümüzə və gücümüzə inanmaqdır! Torshavnda baş tutan ilk oyunda Azərbaycanın qapısına yol tapmaq üçün şanslarımız oldu. Bu fürsətlərdən istifadə etmədik. Bakıda eyni səhvləri təkarlamaq olmaz”.

Qeyd edək ki, Azərbaycan – Farer adaları görüşü noyabrın 17-də keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right