Millinin oyunu Rəvan Həmzəzadəyə həvalə olundu

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Ukrayna ilə yoxlama oyununa hakim təyinatları açıqlanıb.

Newsport.az xəbər verir ki, bu gün "Dalğa Arena"da keçiriləcək matçın baş hakimi Rəvan Həmzəzadə olacaq. Ona Müslüm Əliyev və Pərvin Talıbov kömək edəcək. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək.

Qeyd edək ki, Azərbaycan – Ukrayna görüşü saat 20:00-da başlayacaq. Matç "CBC Sport"  telekanalı vasitəsi ilə canlı yayımlanacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right