Azərbaycan kubokunun püşkü atıldı

Bu gün futbol üzrə Azərbaycan kubokunda 2018/19 mövsümünün püşkatması keçirilib.

Newsport.az xəbər verir ki, kubokda 12 komanda mübarizə aparacaq. Bunlar Premyer Liqanın 8 klubu ilə yanaşı, Birinci Divizion təmsilçiləri "Kəpəz”, "Qaradağ Lökbatan”, "Şüvəlan” və "Ağsu”du. Komandalardan 4-ü mübarizəyə birbaşa 1/4 finaldan, qalanları isə 1/8 finaldan başlayacaq.

Ölkə kubokunda mübarizə dekabrın 6-da start götürəcək.

AFFA-nın inzibati binasında keçiriləcək püşkatmanın nəticəsini təqdim edirik:

1/8 final 

"Ağsu" - "Sabah"

"Şüvəlan" - "Keşlə"

"Sumqayıt" - "Qaradağ Lökbatan"

"Səbail" - Kəpəz"

1/4 final

"Qəbələ" - "Ağsu" / "Sabah"

"Qarabağ" - "Şüvəlan"/ "Keşlə"

"Neftçi" - "Sumqayıt" / "Qaradağ Lökbatan"

"Zirə" - "Kəpəz" / "Səbail"

Ölkə kubokuna dekabrın 6-da keçiriləcək 1/8 final mərhələsinin oyunları ilə start veriləcək. Final görüşü gələn il mayın 19-da olacaq. Yarışda 1/4 finala qədər qalib bir oyunda müəyyənləşəcək. Bu mərhələdən etibarən isə ev-səfər qarşılaşmaları keçiriləcək. Kubokda limit Premyer Liqada olduğu kimidir - 6+4+1 (6 legioner + 4 Azərbaycan vətəndaşı + 1 nəfər 1996-cı il doğumlu və daha gənc Azərbaycan vətəndaşı).
 
Matçın protokolunda 1998-ci il təvəllüdlü (Azərbaycan vətəndaşı) və ya daha gənc 1 oyunçunun (Azərbaycan vətəndaşı) olması mütləqdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right