Kosovonun ulduzu: "Qrup lideri olmaq üçün yaxşı komandamız var"

"İki çətin oyun keçirəcəyik. Malta ilə səfər oyunu daha vacibdir. Bu oyunun nəticəsi son matçımız üçün əhəmiyyət daşıyacaq".

 

Newsport.az xəbər verir ki, bu sözləri Millətlər Liqasında millimizin rəqibi olan Kosovonun ulduz futbolçusu Valon Berişa deyib. "Latsio"nun yarımmüdafiəçisi qrup şansları barədə danışıb: "Qrup lideri olmaq üçün yaxşı komandamız var. Bu oyunlara yaxşı hazırlaşırıq. Qrup lideri olmaq üçün bütün gücümüzü meydanda qoyacağıq".

 

Qeyd edək ki, Kosovo noyabrın 17-də səfərdə Malta, 3 gün sonra evdə Azərbaycanla qarşılaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right