“Qarabağ”a qalib gəlib, mərhələ adlamaq üçün əlimizdən gələni edəcəyik”

“Böyük klublar qalib gəlməyə məhkumdu. Ancaq ilk növbədə doğru yolu tapmaq lazımdı”. 

Newsport.az xəbər verir ki, bunu “Sportinq”in yeni baş məşqçisi Marsel Kayzer deyib.

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi bu yaxınlarda 49 yaşlı mütəxəssisi komandanın “sükanı arxası”na gətirib. Portuqaliya təmsilçisi ilə 2,5 illik müqavilə imzalayan Kayzer yerli mətbuata açıqlamasında hücum futbolu arzuladığını bildirib: “Sportinq”dən təklif gələndə çox düşünmədim. Çünki belə böyük klub sizinlə təmasa keçirsə, bu, fəxrdi. Hadisələr çox sürətli cərəyan etdi. “Sportinq”ə rəhbərlik etmək eyni zamanda rəqiblərə meydan oxumaq deməkdi. İndi burda olacağım bir il əvvəl ağlımdan keçməzdi. Hücum futbolunu sevən məşqçiyəm. Komandamın rəqibi müdafiəyə sıxmasını istəyirəm”.

“Əl-Cəzirə”ni “Sportinq”ə dəyişən “Ayaks”ın sabiq çalışdırıcısı Avropa Liqası ilə bağlı hədəflərindən də söz açıb: “Hədəfimiz çempionatla yanaşı, Avropa Liqasında da bacardığımız qədər irəliləməkdi. “Arsenal”la ötən həftə keçirilən matçı izlədim. “Sportinq”in, xüsusən də, topa sahib olması məni sevindirdi. Qarşıda hələ daha iki görüşümüz var. İlk olaraq Bakı səfərindən qələbə ilə dönməliyik. Əks təqdirdə, işimiz qəlizləşə bilər. “Qarabağ”a qalib gəlsək, növbəti mərhələyə vəsiqəni təmin edəcəyik. Bunun üçün də əlimizdən gələni əsirgəməyəcəyik”.

Qeyd edək ki, “Sportinq” qrup mərhələsinin V turu çərçivəsində noyabrın 29-da “Qarabağ”ın qonağı olacaq. 4 turdan sonra lissabonluların 7, Azərbaycan çempionunun isə 3 xalı var.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right