Millimiz AÇ-yə məğlubiyyətlə başladı Yenilənib

19 yaşadək futbolçulardan ibarət yığmamız bu gün Avropa çempionatının seçmə mərhələsində mübarizəyə başlayacaq.

Newsport.az-ın məlumatına görə, Vüqar Məmmədin başçılıq etdiyi kollektiv ilk sınağında İsrail seçməsi ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

Qeyd edək ki, seçmə mərhələnin oyunları Gürcüstanda keçiriləcək. Millimiz 1-ci qrupda İsraillə yanaşı, Lixtenşteyn və meydan sahibləri ilə də mübarizə aparacaq. Hər qrupda ilk iki yeri tutan komanda pley-offa yüksələcək.

Xatırladaq ki, Avropa çempionatının final mərhələsi Ermənistanda keçiriləcək.

Avropa çempionatının seçmə mərhələsi, 1-ci qrup
 

1-ci tur

14 noyabr

14:00. Azərbaycan – İsrail - 1:4 (İkinci hissə)
Qollar:
 Emil Qasımov, 82 - Məhəmməd Kanaan, 9, Şadi Masarva, 28, Bar Arad, 56, 64
Hakimlər: Erik Lambrext, Karel De Roker (hər ikisi Belçika), Giorgi Elikaşvili (Gürcüstan)
Tiflis, Mixail Mesxi adına stadion.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right