Farer adaları yığması Bakıya yola düşdü

UEFA Millətlər Liqası çərçivəsində noyabrın 17-də Bakı Olimpiya Stadionunda Azərbaycan millisinin qonağı olacaq Farer adaları yığmasının məşqçi və futbolçu heyəti Bakıya yola düşüb.

 

Newsport.az xəbər verir ki, farerlilərin baş məşqçisi Lars Olsen oyundan bir neçə gün öncə ölkəmizə gəlməklə komandasının yerli iqlimə uyğunlaşması məqsədini güdür.


Rəqib komandanı təxminən 8 saatlıq uçuş gözləyir. Farer adaları yığmasını gətirəcək təyyarə yanacaq doldurmaq üçün Danimarkanın paytaxtı Kopenhagenə də enəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right