"Zirə"nin legioneri: "Artıq bundan sonra xallarımızı hesablayacağıq"

"Zirə"nin futbolçusu Aleksandr Dedov Millətlər Liqasının qrupda son oyunlarıyla bağlı fikirlərini bildirib.

Newsport.az xəbər verir ki, 29 yaşlı hücumçu həm noyabrın 15-də San-Marinoyla səfər, həm də 18-də Lüksemburqla ev matçının çətin olacağını deyib:

"Bizi gözləyən bu iki matçda qalib gəlmək üçün hazırlaşırıq. Artıq bundan sonra xallarımızı hesablayacağıq. San-Marinoyla görüşdə erkən qol vurmaq bizim üçün çox vacibdi. Bu, gücümüzə inam, daha çox açılmağa imkan verəcək. Erkən qol vuranda, rəqib də artıq müdafiə olunmağı yox, hecum etmək barədə düşünür. Buna görə ikinci qolu da vurmaq bizə asan olacaq".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right