Farer adaları yığması Bakıya ciddi itki ilə gəlir

Futbol üzrə Farer adaları yığması UEFA Millətlər Liqası çərçivəsində Azərbaycan və Maltaya qarşı keçirəcəyi səfər oyunları ərəfəsində ciddi itki ilə üzləşib.

Newsport.az xəbər verir ki, hücumçu Yohan Suymun Edmundsson sıradan çıxıb. Bu barədə Farer adaları Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

“Arminiya”nın futbolçusu Almaniya 2-ci Bundesliqası çərçivəsində “İnqolştadt” ilə matçda dizindən zədələnib. 

Farer adaları yığmasının baş məşqçisi Lars Olsen 27 yaşlı oyunçunu “B36 Torshavn”da forma geyinən 21 yaşlı forvard Maynhard Egilsson Olsenlə əvəzləyib.

Qeyd edək ki, Farer adaları yığması noyabrın 17-də Bakı Olimpiya Stadionunda Azərbaycan millisinin qonağı olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right