"Kosovo"nun gənc ulduzu millimizlə oyunu buraxacaq

UEFA Millətlər Liqasının qrup mərhələsinin 6-cı turunda Azərbaycan millsini qəbul edəcək Kosovo yığmasında itki baş verib.

Newsport.az xəbər verir ki, bu barədə Kosovo yığmasının baş məşqçisi Bernard Şalland məlumat verib. İsveçrəli mütəxxəsis bildirib ki, "Suonsi Siti"nin 22 yaşlı yarımmüdafiəçisi zədə səbəbindən yığmadan kənarlaşdırılıb. Onun əvəzinə İsveçrənin "Lyutsern" klubunun hücumçusu Şelkim Demasay yığmaya çağırılıb.

Qeyd edək ki, Kosovo noyabrın 17-də Maltanın qonağı olacaq, 3 gün sonra isə millimizi qəbul edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right