“Arsenal” - “Qarabağ” matçının biletləri satışda!

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsinin son turu çərçivəsində qarşılaşacağı İngiltərənin “Arsenal” klubu ilə səfər matçının biletləri artıq satışdadı.

 

Newsport.az xəbər verir ki, biletləri iticket.az saytından onlayn olaraq və ya "iticket"in baş ofisindən (AF Mall, 14-cü mərtəbə, ofis 36) əldə edə bilərsiniz.

 

Biletlərin qiymətləri 39-56 manat arasındadı.

 

“Arsenal” “Qarabağ”ı dekabrın 14-də qəbul edəcək. Komandalar arasında Bakı Olimpiya Stadionunda baş tutan ilk matçda “topçular” 3 cavabsız qolla qalib gəliblər.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right