“Qarabağ”ın rəqibinin sabiq prezidenti həbs olundu

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Portuqaliyanın “Sportinq” klubunun sabiq prezidenti Bruno Karvalyo həbs olunub. Newsport.az xəbər verir ki, 46 yaşlı klub rəhbəri azarkeşlərin komandanın bazasına etdikləri hücumun təşkilində şübhəli bilinir. Bu barədə Portuqaliyanın “A Bola” nəşri məlumat yayıb.


Xəbərdə sabiq prezidentin də içində olduğu 39 nəfərin saxlanıldığı bildirilib.

Bu ilin əvvəllərində "Sportinq"də klub prezidenti ilə futbolçular arasında qalmaqal baş verib. Bundan sonra təxminən 50 azarkeşin komandanın məşq bazasına hücumu olub. Fanatlarla davada bəzi futbolçular xəsarət alıblar. Bu hadisədən sonra 9 oyunçu klubla müqaviləsini birtərəfli qaydada pozub. Onlardan Ruy Patrisiu “Vulverhempton”a, Gelson Martines isə “Atletiko”ya transfer olunub.

"Sportinq" sentyabrın 20-də "Qarabağ"la Lissabonda keçirdiyi görüşdə 2:0 hesabı ilə qalib gəlib. Bu komandalar arasındakı ikinci oyun Bakıda noyabrın 29-da baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right