Millimizin sabiq üzvü Latviyada həm çempion, həm bombardir oldu

Futbol üzrə Latviya Birinci Liqasında mövsümə yekun vurulub. Newsport.az  xəbər verir ki, azərbaycanlı futbolçu Vüqar Əsgərovun formasını geyindiyi “Dauqavpils” də mövsümdə sonuncu matçına çıxıb. 
 
Sözügedən kollektivin mövsümün son turundakı rəqibi “Tukums 2000” olub. Futbolçumuzun komandası bu oyundan da qələbə ilə ayrılıb - 2:1.
 
Vüqar da bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan futbolçumuz 67-ci dəqiqədə əvəzlənib.
 
Bununla da “Dauqavpils” mövsümü çempion kimi başa vurub və yüksək liqaya vəsiqə qazanıb. 25 oyuna 67 xal toplayan Vüqarın komandası ən yaxın izləyicisini 8 xal qabaqlayıb.
 
Vüqar isə Latviya çempionu olmaqla yanaşı, həm də mövsümü bombardir kimi başa vurub. Əsgərov geridə qalan mövsümdə rəqib qapılarından 31 top keçirib. Onun ən yaxın izləyicisi isə 29 qola imza atıb.
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right