"Hücumlarda qığılcım çatmırdı" - Miçel

“Yorğunluğun təsiri var. Lakin artıq bu ritmə alışmışıq. Müəyyən müddətdir cümə axşamları oyunlarımız olur. Düzgün rejim və istirahətlə bu oyunlara hazırlaşırıq”.

Newsport.az-ın məlumatına görə, bunu “Qarabağ”ın futbolçusu Miçel Madera Azərbaycan Premyer Liqasının 11-ci turunda “Qəbələ”yə 3:1 hesabı ilə qalib gəldikləri matçdan sonra deyib.

Görüşün 64-cü dəqiqəsində Ağdam klubunun 2-ci qolunun müəllifi olan ispan yarımmüdafiəçi ikinci hissədə tempi artırmalarını oyuna köklənməyi bacarmaları ilə əlaqələndirib: “Bütün bunun arxasında yaxşı hazırlıq durur. Digər tərəfdən köklənmən yüksək səviyyədədirsə və inanırsansa, meydana inamla çıxırsan və bu, səndə alınır. Vurduğum qolda daha çox pay sahibi mən, yoxsa rəqibin qapıçısıdırmı? Əsas odur ki, cəhd etmək lazımdır və mən də bunu etdim. Top qapı xəttini keçəndən sonra kimin sayəsində olması önəm kəsb etmir”.

Miçelin sözlərinə görə, ilk hissədə qol vura bilməsələr də, yaxşı oynayıblar: “Birinci hissədə də topa nəzarət bizdə idi, rəqibi qapısına sıxışdırmışdıq. Sadəcə olaraq, hücumlarda qığılcım çatmırdı. Fasilədən sonra bu çatışmazlığı aradan qaldırdıq”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right