"Zirə"də 100 oyun keçirən ilk futbolçu

Premyer Liqasının 11-ci turu “Zirə”nin futbolçusu Adil Nağıyev üçün ikiqat əlamətdar olub. 

Newsport.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, “Neftçi” ilə səfər oyunu müdafiəçinin komandada yubiley – 100-cü matçı kimi tarixə düşüb.

O, klub tarixində “100”ə çatan ilk futbolçu olub. Bu müddətdə müdafiəçi 6 dəfə qol sevinci yaşayıb.

Qeyd edək ki, A.Nağıyev 2015-ci ildən "Zirə"də çıxış edir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right