"Qarabağ" Qəbələyə bu gün gedir

“Qarabağ” Azərbaycan Premyer Liqanın 11-ci turunda bu gün səfərdə “Qəbələ” ilə qarşılaşacaq.

Newsport.az-ın klubun rəsmi Feysbuk səhifəsinə istinadən yaydığı xəbərə görə, komanda səfərə adəti üzrə matçdan bir gün əvvəl yox, bu gün yollanır.

Buna səbəb isə Avropa Liqasnın qrup mərhələsində “Vorskla” ilə qarşılaşan Ağdam təmsilçisinin Bakıya qayıdışının ləngiməsidir. Qurban Qurbanovun komandası noyabrın 9-da səhər saatlarında Bakıya çatmalı olsa da, hava şəraitinin əlverişsiz olması səbəbindən uçun 11 saat gecikib.

Qeyd edək ki, “Qəbələ” – “Qarabağ” oyunu saat 17:30-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right