"Neftçi"nin məşqçisinin ürəyi getdi

Azərbaycan Premyer Liqasının X turunda evdə "Zirə" ilə keçirilən matçda "Neftçi"nin məşqçisi Füzuli Məmmədovun səhhəti pisləşib.

Newsport.az-ın məlumatına görə, aş məşqçi Roberto Bordinin köməkçisi paytaxt təmsilçisinin 36-cı dəqiqədə vurduğu qoldan sonra yerə yıxılıb. Həkimlər ona müdaxilə edib və mütəxəssis ayağa qalxa bilib. Məmmədovun halının pisləşməsinin səbəbi bilinmir.

Qeyd edək ki, "Neftçi" "Zirə"ni 1-0 hesabı ilə məğlub edir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right