"İki xal itirdiyimizi deyə bilmərəm" - Mirabdulla Abbasov

"Hesabda iki dəfə önə çıxsaq da, qol buraxdıq. Qalib də gələ bilərdik, uduza da. Ona görə də iki xal itirdiyimizi deyə bilmərəm. Çətin olacağını bilirdim. Çünki "Zirə”nin oyunlarını görmüşdüm. Rəqib sonuncu pillədə olmasına baxmayaraq, yaxşı oyun göstərir".

Newsport.az-ın məlumatına görə, bu sözləri "Neftçi"nin futbolçusu Mirabdulla Abbasov Azərbaycan Premyer Liqasının 11-ci turunda  "Zirə" ilə 2:2 hesablı heç-heçə etdikləri oyundan sonra klubun saytına açıqlamasında deyib.

"Qol vurduğum üçün sevinirəm. Amma bu qolun komandamıza qələbə qazandırmamasına üzülürəm. Artıq qarşıdakı görüşləri düşünməliyik. Çalışacağıq hər oyunda maksimum nəticə qazanaq ki, rəqiblərlə xal fərqini qoruyaq” - deyə o bildirib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right