Roberto Bordin: "Bu nə sualdı?!"

"Neftçi"nin baş məşqçisi Roberto bordin Azərbaycan Premyer Liqasının XI turunda evdə "Zirə" ilə 2:2 hesablı heç-heçə etdikləri oyundan sonra mətbuat konfransında fikirlərini bölüşüb.

Newsport.az-ın məlumatına görə, italiyalı mütəxəssis əvvəlcə oyunla bağlı danışıb:

- Son anlara qədər sərt oyun oldu.Hər iki komanda qələbə qazanmaq istəyirdi. Souncu yerə layiq olmayan rəqiblə oynadıq. Üzücü hal odu ki, hesabda öndə olduğumuz halda bunu qoruya bilmədik.

- Əvvəldən bildirilirdi ki, “Neftçi”nin müdafiəsində boşluqlar var. Petrov meydanı tərk etdikdən sonra bunlar daha qabarıq nəzərə çarpdı. Anton Krivotsyuk-Slavko Braliç cütlüyünün “Neftçi” səviyyəsində olmadığı aydındı. Müdafiənin çıxışı haqda nə deyə bilərsiz?
- Son oyunda Anton-Braliç cütlüyü yaxşı çıxış etmişdi. Kiril də öz təcrübəsi ilə fayde verir. müdafiəmizdə problem yoxdu.

- Anton Krivotsyukun oynanamasının xüsusi səbəbi var idi?
- Bu nə sualdı?! Sualın məntiqini başa düşmədim. Heyət son məşq üzərində müəyyənləşdirilir. Sualın mahiyyətini anlamadım. Futboldu. Bu dəfə Antonu yox, Braliçi seçdik. Sadəcə, taktiki seçim idi.

- Rəqib komandada xüsusi fərqləndirə biləcəyiniz futbolçular varmı?
- Fərdi olaraq kimsə barədə fikir bildirə bilmərəm. Komanda olaraq normal futbol göstərdilər. Hesab 2:2 olarkən rəqib əks-hücumda yenə fərqlənə bilərdi.

- Baxışda olan Mamadu Kane ilə müqavilə imzalayacaqsız?
- Hələ bu haqda danışmaq üçün tezdi. Məşqlərə baxıb qərar verəcəyik. Yaxşı futbolçudu.

- Matç zamanı halı pisləşən köməkçiniz Füzuli Məmmədovun vəziyyəti necədi?
- Durumu yaxşıdı. Bu gün həm ona, həm də “Zirə”nin qapıçısına görə bir az qorxduq. Gərgin gün alındı. Şükürlər olsun ki, hər şey yaxşıdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right