Elşad Əhmədov: "Ən pis oyunumuzu keçirdik"

"Sabah"ın baş məşqçisi Elşad Əhmədov Azərbaycan Permyer Liqasında "Səbail"ə 0:4 hesabıyla məğlub olduqları oyundan sonra mətbuat konfransında fikirlərini bölüşüb.

Newsport.az-ın məlumatına görə, Əhmədov media mənsublarıyla görüşdə bunları deyib:

- Deyiləcək çox şey yoxdur. Ən pis oyunumuzu keçirdik. Komandada zədəli futbolçular var. Bu, özünü göstərdi. Bəhanə deyil. "Səbail" oyuna tam ciddi hazırlaşmışdı. Onları təbrik edirəm.

- Mikayıl Cabbarov ikinci dəfədir oyununuza gəlmişdi. Amma bunların birincisində "Sumqayıt"a 1:4, bu gün isə 0:4 hesabı ilə uduzdunuz...

- Belə şeylərə inanmıram. Komanda oyuna hazır deyildi.

- Topsuz olanda "Sabah" meydanda görünmür. Bu nə ilə bağlıdır?
- Cinahlarda Məqsəd İsayev və Elşən Abdullayev istədiklərini edə bilmədi. Mərkəzdə Kərim Diniyevin olmaması özünü göstərdi. İtkilərimizin olması öz sözünü dedi.

- "Qarabağ"la oyunda daha yaxşı müdafiə olunmuşduz. Bu gün isə əksinə. Bunu nəyə bağlıyırsız?
- "Qarabağ"la oyuna əks hücumda oynamaq üçün hazırlaşmışdıq. Burda isə tam fərqli şəkildə hazırlaşmışdıq.

- Marko Deviçin olmaması özünü göstərdi?
- Bəli, oyunu öz üzərinə götürəcək futbolçumuz yox idi. Amma dəfələrlə demişəm ki, komanda bir oyunçudan asılı deyil.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right