"Qarabağ" "Qəbələ"ni, "Keşlə" "Sumqayıt"ı məğlub etdi Yenilənib

Bu gün Azərbaycan Premyer Liqasında 11-ci tura yekun vurulacaq.

Newsport.az-ın məlumatına görə, "Qəbələ" doğma  meydanda "Qarabağ"ı qəbul edəcək. Qəbələ şəhər stadionunda təşkil olunacaq görüşü Rauf Cabbarov idarə edəcək. Meydan sahibləri liderlərə yaxınlaşmaq, Ağdam klubu isə 2-ci pilləni qaytarıb “Neftçi” ilə xal fərqini azaltmaq niyyətindədir.

İndiyədək bu komandalar 41 dəfə üz-üzə gəliblər. Oyunlardan 10-da "Qəbələ", 18-də "Qarabağ" qalib gəlibsə, daha 12-də heç-heçə qeydə alınıb. Bu mövsüm ilk dövrədə "Qarabağ" "Qəbələ"yə qalib gəlib - 4:1.

Turun son oyununda "Sumqayıt" "Keşlə"ni sınağa çəkəcək.

Azərbaycan Premyer Liqası

11-ci  tur

11 noyabr (bazar)

17:30. “Qəbələ” – “Qarabağ” - 1:3
Qollar:
 Adeniyi, 33 (1:0), Emeqara, 47 (1:1), Miçel, 64 (1:2), Ozobiç, (1:3)
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Ramiz Məhərrəmov
Qəbələ şəhər stadionu

19:30. “Sumqayıt” - “Keşlə" - 1:4
Qollar:
 Amil Yunanov, 52 (0:1), 79 (1:3), Georgios Georgiadis, 56 (0:2), Atilla Yıldırım, 65 (1:2), Andre Klennon, 90+3 (1:4)
Qırmızı vərəqə: Orxan Sadıqlı, 67
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Akif Əmirəli
"Bayıl Arena"





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right