Qurban Qurbanov qərar verdi: "Qəbələ" ilə oyun təxirə salınacaq?

"Qarabağ" Avropa Liqasının qrup mərhələsində Ukraynada "Vorskla"nı 1:0 hesabı ilə məğlub etdiyi oyundan sonra Bakıya nəzərdə tutulduğundan 12 saat gec gəldi.

Newsport.az-ın məlumatına görəAğdam klubunun Azərbaycan Premyer Liqasının 11-ci turunda "Qəbələ" ilə səfər görüşünün təxi salınıb-salınmayacağı isə bəlli deyildi. Ağır səfərdən qayıdan "köhlən atlar" "Qəbələ" ilə oyunun təxirə salınmasının tərəfdarı deyil. Baş məşqçi Qurban Qurbanov görüşün təxirə salınmasını istəməyib. Klub Qəbələyə təyyarə ilə yollanacaq.

Qeyd edək ki, "Qəbələ" - "Qarabağ" oyunu sabah 17:00-da baş tutacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right