"Qəbələ" - "Qarabağ" oyunu təxirə salınacaqmı? Ramin Musayevdən açıqlama

“Qarabağ”ın Premyer Liqanın 11-ci turunda sabah “Qəbələ” ilə keçirəcəyi oyun təxirə salınmayacaq.

Newsport.az-ın məlumatına görəbu barədə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev məlumat verib. O bildirib ki, bu gün Ağdam klubunun baş məşqçisi Qurban Qurbanovla görüş olub və qərara alınıb ki, qarşılaşma nəzərdə tutulan vaxtda keçirilsin.

Qeyd edək ki, “Qarabağ” Avropa Liqasının qrup mərhələsinin 4-cü turunun “Vorskla” ilə səfər oyunundan (1:0) sonra Bakıya nəzərdə tutulan vaxtdan gec qayıtdığından yol yorğunluğu və çempionat matçına hazırlaşmaq üçün vaxt azlığına görə matçın təxirə salınması ehtimalı var idi.

Xatırladaq ki, Poltavada güclü duman olduğundan "Qarabağ"ın Bakıya qayıtması xeyli ləngiyib. Əvvəlcə saat 03:30-da Poltava hava limanından yola düşməli olan təyyarənin uçuş saatı 12:00-a dəyişdirilib. Lakin əlverişsiz hava şəraiti uçuşu yenidən təxirə salıb. "Qarabağ" Bakı vaxtı ilə saat 15:00-da Azərbaycana yola düşüb və 17:20-də paytaxtımıza çatıb.

Qol.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right