"Qarabağ" Bakıya çatdı

Avropa Liqasının qrup mərhələsinin IV turunun “Vorskla” ilə oyunundan sonra geri dönməklə bağlı problem yaşayan “Qarabağ” az öncə vətənə çatıb.

Newsport.az-ın məlumatına görə, Poltavadakı hava şəraiti üzündən uzun müddət uçuşuna icazə verilməyən təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna enib.

Komandanı Bakıya gətirməli olan təyyarə gecə saat 03:30-da Ukraynanı tərk etməli olsa da, bu yalnız 15:00-da gerçəkləşib. Saat 06:20 əvəzinə 17:20-də isə Azərbaycan çempionunu səfərə aparan çarter reysi başa çatıb. Komanda təxminən 11 saatlıq gecikmə ilə ölkəmizə qayıdıb.

Qeyd edək ki, “Qarabağ” “Vorskla”nı 1:0 hesabı ilə məğlub edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right