“Zirə”nin “Neftçi” ilə 14-cü dueli

Azərbaycan Premyer Liqasının bu həftə keçiriləcək 11-ci turunda “Zirə” “Neftçi” ilə qarşılaşacaq.

Newsport.az-ın məlumatına görə, bu görüş komandaların çempionatda 14-cü oyunu olacaq.

İlk dəfə 2015/16 mövsümündə üz-üzə gələn rəqiblərin duellərində üstünlük “Zirə”nin tərəfindədi. Zirəlilər əvvəlki 13 matçdan 8-də qalib gəlib. 3 dəfə heç-heçə edən bu komanda yalnız son iki görüşdə uduzub.

Rəqib qapısından 16 top keçirən “Zirə” 9 qol buraxıb. Bu 16 qola 11 futbolçu imza atıb, daha bir qolu “Neftçi” öz qapısına vurub. Duellərdə “Zirə”nin ən yaxşı bombardiri Luis Alberto Diez 3, Nelson Bonilla və Riçard Qadze hərəyə 2 dəfə qol sevinci yaşayıb.

“Qartallar” “Neftçi” ilə səfər matçlarında daha yaxşı çıxış edir. 7-ci dəfə rəqibinin qonağı olacaq komanda əvvəlki 6 matçda uduzmayıb. Səfərdə 3 qələbə qazanan “Zirə” eyni sayda heç-heçə edib. Rəqib meydanında 7 qola sevinən “Zirə” futbolçuları 4 top buraxıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right