"Neftçi" 2 mühüm xal itirdi, "Sabah"dan ağır məğlubiyyət Yenilənib

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 11-ci tura start verilib.

Newsport.az xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutacaq.


Öncə Premyer Liqanın debütantı “Sabah” digər paytaxt təmsilçisi “Səbail”lə üz-üzə gələcək. Bu komandalar arasında indiyə qədər keçirilmiş yeganə qarşılaşma mövsümün ilk dövrəsinə təsadüf edib. Həmin matçda qapılara qol vurulmayıb. 


Günün digər görüşü də iki paytaxt klubu - “Neftçi” və “Zirə” arasında baş tutacaq. İlk dövrədə “ağ-qaralar” bu rəqibinə 2:1 hesabıyla qalib gəlib. “Neftçi” liderliyini qorumaq üçün bu dəfə də qələbə qazanmağa çalışacaq. “Zirə” isə uğursuz gedişata son qoymağa cəhd göstərəcək.

Azərbaycan Premyer Liqası

10 noyabr (şənbə)

19:30. “Neftçi” - “Zirə" -2:2
Qollar: 
Baqali Dabo, 36 (1:0), Tellür Mütəllimov, 77 (1:1), Mirabdulla Abbasov, 80 (2:1), Vüsal İsgəndərli, 83 (2:2)
Hakimlər: İnqilab Məmmədov, Elşad Abdullayev, Knyaz Əmiraslanov, Xəlil Xəlilov
"Bakcell Arena"


17:30. “Sabah” - “Səbail” - 0:4 
Qollar: 
Ruslan Qurbanov, 2, Kevin Kubemba, 27, Yevgeni Koçuk, 57, 77
Hakimlər: Rəşad Əhmədov, Mübariz Haşımov, Vüqar Bayramov, Rəvan Həmzəzadə
"Əlincə Arena"





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right