“Keşlə”nin futbolçusu Qambiya millisində

“Keşlə”nin futbolçusu Ebrima Sohna milliyə dəvət olunub. 

Newsport.az-ın məlumatına görə, Qambiya milli komandasının baş məşqçisi Tom Seyntfit dəvət etdiyi oyunçuların siyahını açıqlayıb.

Siyahıda 20 nəfərin yer alıb. Burada “Keşlə”nin yarımmüdafiəçisi də adı var.

Qambiya millisi noyabrın 17-də Benini qəbul edəcək. Bu matç Afrika Millətlər Kubokunun seçmə mərhələsi çərçivəsində baş tutacaq.

Qeyd edək ki, 4 matçda 2 xal toplayan Qambiya D qrupunda sonuncu – 4-cü pillədə qərarlaşıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right