Adeniyi: "Artıq komandada qələbə hissinin oyandığı üçün çox sevinirəm"

Azərbaycan Premyer Liqasının II dövrəsinə uğurla başlayan “Qəbələ” son 3 oyunda 7 xal qazanıb.

Newsport.az xəbər verir ki, “qırmızı-qaralar” bu matçlarda 7 qol vurub ki, bunlardan 6-sı Stiven Monroz – Ceyms Adeniyi cütlüyünün hesabındadı.

Bu yay komandaya qoşulan Adeniyi gabalafc.az saytına açıqlamasında özünün və klubun çıxışını dəyərləndirib: “Qəbələ”də göstərdiyim oyuna görə xoşbəxtəm. Artıq komandada qələbə hissinin oyandığı üçün çox sevinirəm. İkinci dövrə yeni başlayıb. Mövsümün böyük hissəsi irəlidədi. Hələ qarşıda oyunlarımız var. İnanıram ki, birlikdə daha çox uğur qazanacağıq. Turnir cədvəlində daha yüksək pillələrə irəliləmək üçün imkanlarımız var”.

Uğurlu seriyanı davam etdirməyə çalışacaqlarını bildirən Adeniyi XI turun “Qarabağ”la ev oyunu barədə də iddialı danışıb: “Ev oyunlarımız yaxşı ab-havada keçir. Azarkeş dəstəyi bizi daha yaxşı oynamağa vadar edir. Biz də bu dəstəkdən ruhlanıb yaxşı oyun nümayiş etdiririk. Növbəti turda qarşılaşacağımız “Qarabağ” güclü rəqibdir. Əlimizdən gələni edəcəyik ki, bu matçda da qalib gələk. İnanıram ki, qələbə qazanmaq üçün hər bir futbolçu bütün bacarığını ortaya qoyacaq. Hər birimiz komandaya daha çox fayda verməyə çalışacağıq”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right