Qara Qarayev: "Uğur qazanmaq üçün heç bir maneə yoxdu”

“Bizi sabah çox çətin oyun gözləyir. Uğur qazanmaq üçün heç bir maneə yoxdu”.

Newsport.az-ın məlumatına görə, bu sözlər “Qarabağ”ın yarımmüdafiəçisi Qara Qarayevə məxsusdu. Milli komandamızın üzvü Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Vorskla” ilə keçiriləcək oyunöncəsi mətbuat konfransında fikirlərini bildirib: “Ev oyunundan sonra rəqib barədə bu sözləri demək olar ki, yaxşı nəticə qazanmağı bacarırlar. Sabah müsbət nəticə əldə etmək güc tələb edəcək. Amma baş məşqçinin tapşırıqlarını yerinə yetirə bilsək, daha yaxşı nəticə əldə edə bilərik”.

- Bakıdakı oyunun son 10 dəqiqəsində bəzi futbolçuların yorğunluğu aşkar hiss olunurdu. Bu da qrafikin gərginliyi ilə əlaqədardı. Sabah isə sizin üçün həlledici andı. Sabahkı matç öncəsi özünüzü necə hiss edirsiniz?
- İstər milli, istərsə də klubdakı qrafikin sıx olması işimizlə bağlıdı. Qrafik nə qədər sıx olsa, daha yaxşıdı. Bunu tez-tez dilə gətirmək bizi daha çox yorur. İşimizin mahiyyətini başa düşürük. Bu fikri yaxın buraxmamağa çalışırıq. Bizim üçün vacib oyun olacaq. Bakıda da rəqibə qarşı istər mental, istərsə də fiziki cəhətdən yaxşı mübarizə aparmışdıq. Düşünürəm ki, sabah daha yaxşı oynayacağıq.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah