"Qarabağ" Bakıdakı oyunda çox yorğun görünürdü"

“Vorskla” haqda nəsə demək çətindir. Komanda Avroliqada qrup mərhələsinə vəsiqə qazandığı üçün UEFA-dan 3 milyon avro gəlir götürsə də, rəhbərlik hələ də futbolçulara olan borcunu ödəməyib. Bu şəraitdə oynamaq isə açox çətindir. Üstəlik, “Vorskla”nın futbolçuları gənc də deyil, insanların ailəsi var”.
 
Newsport.az xəbər verir ki, bu sözləri məşhur ukraynalı məşqçi Oleq Federçuk yerli mətbuata açıqlamasında deyib. “Vorskla”dakı maliyyə böhranından danışan mütəxəssis Poltava klubunun Avroliqanın qrup mərhələsində keçirdiyi oyunları da dəyərləndirib:
 
“Komandanın bəxti onda gətirib ki, Vladislav Kulaç əla formadadır. Onun sayəsində irəliləyirlər. Hər oyunda qol vurur. “Arsenal”la oyunda uğursuzluq oldu, “Sportinq”lə matçda isə çoxlu səhv etdilər. “Qarabağ”a da uduzmalı idilər, amma azərbaycanlılar ev oyununda çox yorğun görünürdü. “Vorskla” Avropa Liqasında pley-offa çıxmaq yox, Premyer Liqada 3-cülüyü qorumaq haqda düşünməlidir. Çünki bu, həm Avroliqanın qrupuna birbaşa vəsiqə, həm də yaxşı maliyyə imkanı deməkdir”.
 
Qeyd edək ki, “Vorskla” Avroliqanın qrup mərhələsinin 4-cü turunda sabah “Qarabağ”ı qəbul edəcək. Matç Bakı vaxtı ilə 00:00-da başlayacaq.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right