Qurban Qurbanovun qələbəsi

Bundan sonrakı nəticələrin mahiyyətindən asılı olmayaraq, bir reallıq var: Qurban Qurbanov adını Azərbaycan futbol tarixinə qızıl hərflərlə yazdırıb.

Hücumçu dövrü yaxşı səviyyəli azərbaycanlı oyunçuların əhatəsində olmasına baxmayaraq, burada da iz qoymağı bacarıb. Nəticə etibarı ilə Qurbanov hələ də milli komandanın ən sərrast oyunçusudur. 12 illik məşqçilik karyerasının isə detallı izahına ehtiyac yoxdu. Sadəcə, bu 12 ilin son bir ili intriqalar mərkəzində keçir.

Robert Prosineçkinin gedişindən sonra milli komandaları təhvil alan Qurbanov və ətrafını gün kimi aydın məsələdir ki, bir sıra qüvvələr qəbul etmir. Həmin qüvvələrin də rəhbərlikdə təmsil olunduğu sirr deyil. Rəhbər şəxsin yolun üzərində maneə olması isə heç də arzulanan bir şey deyil.

Amma bunun fonunda Qurbanov qarşısına qoyduğu müəyyən planları həyata keçirir. Onun ilk tələblərindən stadionların təbii örtüklü olması və milli komandaların ofisinin yaradılmasını göstərmək olar.

Artıq bu işdə əməli sddımlar atılır. Stadionların təbii ötüklü olması Qurbanovun istəyidirsə, bu, eyni zamanda müvafiq dairələr üçün qazanc mənbəyi kimi güydəndüşmədir. Amma milli komandanın yeni ofisə köçməsi, istənilən vaxt iclaslar və digər tədbirlər həyata keçirməsi, AFFA-nın sıxılmış divarlarından canını qurtarması və ayrıca departament kimi rahat nəfəs alıb, Böyük Şor gölünün havasını doyunca udması Qurban Qurbanovun qələbəsidir. Amma unutmayaq ki, qələbə yeni döyüş üçün ən gözəl səbəbdir.

Mənbə: Futbol11.az

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right