Millimizin rəqibi heyətini nə vaxt açıqlayacaq?

Futbol üzrə Farer adaları yığmasının UEFA Millətlər Liqasında Azərbaycan və Malta ilə oyunlar üçün heyəti noyabrın 9-da açıqlanacaq. Newsport.az xəbər verir ki, bu barədə federasiyanın rəsmi saytı məlumat yayıb. 


Komandanın baş məşqçisi Lars Olsenin cümə günü yekun 23-lüyü müəyyənləşdirəcəyi bildirilib.


Buna baxmayaraq, artıq düşərgəyə dəvət alacaq bəzi futbolçuların adları bəllidir. Bunlar qapıçı Qunnar Nilsen, Sonni Natqestad, Heyni Vatnsdal, Vilyormur Davidsen, Rene Yonsen, Reqvi Baldvinson, Hallur Hansson, Kay Bartalsstovu, Brandur Olsen, Qili Serensen, Finnur Yustinussen və Yohan Edmundssondur.


Qeyd edək ki, noyabrın 17-də Bakıda millimizin, 3 gün sonra isə Maltanın qonağı olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right