“Neftçi” – “Qarabağ” oyunu ilə bağlı qərar verildi

“Neftçi” və “Qarabağ” klublarının ikinci komandalarının oyunu təxirə salınıb. Newsport.az xəbər verir ki, Azərbaycan I Divizionunun X turunun qarşılaşması başqa vaxta keçirilib.

Buna səbəb “Qarabağ”ın bir neçə oyunçusunun U-19 milli komandasının düşərgəsində olmasıdı. Ağdam təmsilçisinin müraciətini, “Neftçi”nin razılıq məktubunu rəhbər tutan Peşəkar Futbol Liqası matçın əvvəlcədən nəzərdə tutulduğu kimi noyabrın 9-da deyil, dekabrın 3-də keçirilməsinə qərar verib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right