"Barselona" ilk 1/8 finalçı oldu

UEFA Çempionlar Liqasında pley-offa çıxan ilk komanda müəyyənləşib.

Newsport.az xəbər verir ki, "Barselona" 1/8 finala yüksələn ilk klub olub.

Ktaloniya təmsilçisi IV turda "İnter"lə səfər matçında xal itirsə (1:1) də, bu, qrupdan çıxmağa yetərli olub. Hazırda 10 xalla qrup lideri olan "Barcelona" ən yaxın izləyicisi, 3 xal qabaqladığı milanlıları şəxsi matçlarda da üstələyir.

Qeyd edək ki, İspaniya çempionu "İnter"i evdə 2:0 hesabıyla məğlub edib.

 
 
 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right