"Qarabağ"ın futbolçusu həftənin oyunçusu oldu

Azərbaycan Premyer Liqasında 10-cu turun ən yaxşı futbolçusu bəlli olub.

Newsport.az xəbər verir ki, "InStat Sport"un təhlilinə əsasən, turun ən yaxşı futbolçusu "Qarabağ"ın futbolçusu Simeon Slavçevdir. “Sumqayıt"a qarşı keçirilən oyunda 24 yaşlı futbolçu ilk qolun müəllifi olub.

Araşdırmalara əsasən, bolqarıstanlı yarımmüfaiəçi turun ən yüksək indeksə malik olan futbolçusudur.

Qeyd edək ki, "Qarabağ" noyabrın 8-i Avropa Liqasının qrup mərhələsində "Vorskla"nın qonağı olacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right